Suraxanıda narkotik vasitələr satan şəxslər saxlanılıblar 

15:51 08.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Suraxanı dəmir yolu stansiyasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Aynur Zeynallı saxlanılıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

A.Zeynallı üzərindən və yaşadığı evdən ümumilikdə 21 büküm satış məqsədilə qablaşdırılan külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. O, narkotikləri tanışı Zaur adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - paytaxt sakini Zaur Qurbanov da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və A.Zeynallıya da narkotikləri pul müqabilində verdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunda araşdırmalar aparılır.